Moskva və Moskva vilayətində əmək miqrantları üçün yeni məhdudiyyət tətbiq edilib - söhbət xarici mütəxəssislər üçün patentlərin qiymətinin artırılmasından gedir.
Oxu24.com xəbər verir ki, bu barədə RİAMO yazır.
Qəbul edilmiş qanuna əsasən, 2025-ci ildən patentin dəyəri 8,9 min rubla( Red- aylıq 153 Manat) qədər artacaq. Əvvəllər onun məbləği 7,5 min rubl idi.
“Moskva vilayətində, eləcə də paytaxtda maaşlar artır və buna uyğun olaraq patentin qiyməti də artmalıdır. Xarici işçilər müqayisə olunan vergiləri ödəməlidirlər”, - Moskva Regional Dumasının sədri İqor Brintsalov bildirib.
Qəbul edilən qərarın icmal büdcəni 2,9 milyard rubl artıracağı gözlənilir.
Bundan əvvəl Tver vilayətinin qubernatoru İqor Rudenya xarici mütəxəssislər üçün patentin qiymətinin artırılması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edib - onun məbləği 2025-ci ildən 14 973 rubl təşkil edəcək.
Miri