AZ

VACİB XƏBƏR! Trampın qələbəsi... ABŞ siyasətində hansı yeniliklər gözlənilir? 

ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp 270 seçici səs həddini keçərək seçkilərdə yenidən qələbə qazandı.


Həmçinin Tramp çıxışında qarşıdakı 4 ilin ABŞ tarixinin qızıl dövrü olacağını qeyd edib. Donald Trampın Prezident seçkilərində yenidən qələbəsi ilə ABŞ-ın siyasətində hansı yeniliklər gözlənilir? Ümumiyyətlə Amerika Birləşmiş Ştatlarındakı bu hakimiyyət dəyişikliyi Cənubi Qafqaz və konkret olaraq Azərbaycan üçün nə vəd edir?




Mövzu ilə bağlı siyasi şərhçi Turan Rzayev Referans.az" target="_blank" style="background-color: rgb(255, 255, 255);">Referans.azaçıqlamasında bildirib ki, Donald Trampın Amerika Birləşmiş Ştatlarının Prezidenti seçilməsi əslində gözlənilən idi. Bunun isə bir çox səbəbləri var. Əvvəla Tramp xarizması olan bir siyasətçidir. Hətta ona qarşı sui-qəsdlər olmasına rəğmən o seçicilərlə görüşdən geri çəkilmədi.


Ümumiyyətlə Tramp sadə vətəndaşları ələ almağı bacarır. Sui-qəsd nəticəsində qulağından yaralanması və tərəfdarlarının ona mənəvi dəstək olaraq qulaqlarına band vurması Trampın seçki kompaniyasına marağı artırdı. Turan Rzayev həmçinin qeyd edib ki, Tramp rəqibi Kamala Harrisə nisbətən daha tutarlı vədlərlə çıxış edirdi. Bundan başqa Trampın uğur qazanmasının səbəbi onun daha hazırlıqlı olması idi.



Siyasi şərhçi hesab edir ki, Tramp dünyadakı münaqişələrin həllinə fokuslana bilər. Biz Trampın timsalında münaqişələri alovlandıran deyil münaqişələri zəiflədən bir ABŞ görə bilərik. Tramp və onun tərəfdarları başa düşür ki, hazırda ölkənin xarici borcları çoxalır. Ümumiyyətlə bəzi Ştatlar arasında fikir ayrılığı yaranıb. Misal üçün Kaliforniya və Alyaskanı qeyd edə bilərik.



Politoloq Trampın Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasəti barədə də danışıb. O deyib ki, Baydenlə müqayisədə Tramp əvvəllər prezident olduğu zamanlarda Azərbaycan və Cənubi Qafqazla ABŞ münasibətləri daha yaxşı idi. Trampın birinci qələbəsi bizim 44 günlük savaşımız dövrünə təsadüf edirdi. Bir növ Trampın başı seçkilərə qarışdığı üçün bizim qələbəmizə də heç bir maneə olmadı.



Politoloq hesab edir ki, Trampın bu dönəmində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində fərqli mövqeyi görə biləcəyik. Amma nəzərə almaq lazımdır ki, artıq Azərbaycan və Ermənistan arasında münasibətlərin tənzimlənməsi işi vasitəçilik olmadan reallaşır. Bu mənada düşünürəm ki, ABŞ - ın bu məsələdə konkret mövqeyi Trampın vəzifəsinə başlamasından sonra bilinəcək.




"Ümumilikdə isə Donald Trampın yenidən dövlət başçısı olması Cənubi Qafqaz və Azərbaycan üçün müsbət haldır. Hesab edirəm ki, Donald Trampla dil tapmaq daha rahat ola bilər", - deyə siyasi şərhçi əlavə edib.




Bünyamin Bünyadzadə 

Referans.az 

Seçilən
14
referans.az

1Mənbələr