AZ

10 milyon izləyicisi olan məşhur qəzetdən Maska ETİRAZ

Böyük Britaniyanın “The Guardian” qəzeti artıq “X” platformasındakı hesablarından paylaşım etməyəcəyini açıqlayıb.

"Cebheinfo.az” xəbər verir ki, 2006-cı ildən bəri əvvəlki adı ilə “Twitter” kimi tanınan sosial media platformasından istifadə edən “The Guardian” qərarın "platformada tez-tez rast gəlinən narahatedici məzmun, sağçı sui-qəsd nəzəriyyələri və irqçilik kimi məsələlər nəzərə alınaraq" verildiyini bildirib. 

“The Guardian” mövzu ilə bağlı açıqlamasında “”X” zəhərli media platformasına çevrilib və onun sahibi İlon Mask siyasi diskurs formalaşdırmaq üçün onun təsirindən istifadə edir” ifadəsindən istifadə edib. Qəzet “X” platformasında olmağın mənfi tərəflərinin artıq faydalı cəhətlərindən daha çox olduğunu və “X” istifadəçilərinin hələ də “The Guardian”-nın məqalələrini paylaşmağa davam edə biləcəyini qeyd edib. 

Xatırladaq ki, “X” platformasından paylaşımı dayandıran media qurumları arasında ABŞ-də yerləşən qeyri-kommersiya xəbər təşkilatları Milli İctimai Radio (NPR) və PBS də var. İki təşkilat bu qərarı keçən il “X” platformasını “dövlətlə əlaqəli media” kimi etiketlədikdən sonra verib. 

Seçilən
64
cebheinfo.az

1Mənbələr