AZ

Tanrı belə istəyir

Azər Bağırovun «Kəpəz»də topladığı xalların sayı artıq 7-dir.

13-cü turda ilk dəfə heç-heçə ilə tanış olan «Kəpəz» bir qədər ümidləndirdi.

Sezonun finişinə hələ çox qalıb, bununla belə, proqnozlaşdırmaq olar ki, Premyer Liqada yerini qorumaq uğrunda mübarizə əsasən bu iki iştirakçı arasında gedəcək.

Biz yaxınlara kimi «Kəpəz»i ruh aləmi ölmüş, fiziki anlamda çökmüş bir komanda olaraq xarakterizə edirdik. Bu, həqiqətən belə idi.

Adil Şükürovu vəzifədən atmasaydılar, o miskinlik indinin özündə də «Kəpəz»i tərk etməyəcəkdi.

Azər Bağırov, açıq demək lazımdır ki, ötən 2 ayda az iş görməyib. «Kəpəz» 90 dəqiqə vuruşur e! Dünən gücləri 40-45 dəqiqəyə çatırdı, yaddan çıxarmayaq.

«Sabah» önündəki «Kəpəz» iki fərqli hissə nümayiş etdirdi. Fasiləyə qədər vurnuxdular, sönük təsir bağışladılar.

Orxan Əliyevin həm rəqib, həm də öz qapılarına qol vurmasına baxmayaraq. «Sabah» matçın taleyini elə bu hissədə müəyyən edəcəkdli, işdir-şayəd, ələ və ayağa düşən fürsətlərlə insaflı davransaydılar.

Bağırov aradakı 12-13 dəqiqəlik müddətdə motivasiyanı qaldıran söhbət apardı, ikinci yarıda fərqli «Kəpəz» izləyəsi olduq, Tanrı da yardımını əsirgəmədi.

Baş məşqçinin iki əvəzetməsini mütləq qeyd edək.

Son dəqiqələrdə şans qazanan Nicat Süleymanovun başla endirdiyi, rəqib müdafiəçinin çiyninə dəyərək istiqamətini dəyişən və Yusif İmanovu yanıldan zərbə sanki ilahi gücün diqtəsi idi.

ELXAN

Seçilən
22
sportinfo.az

1Mənbələr