AZ

UEFA Qəbələ şəhər stadionunun tribunalarına girişi məhdudlaşdırıb - SƏBƏBİ

Millətlər Liqasının 5-ci turunun Azərbaycan və Estoniya milli komandaları arasında Qəbələdə keçiriləcək oyununa bilet satışı davam edir.

Azerisport.az xəbər verir ki, satışa 1800 bilet çıxarılıb, onlardan da 800-ü artıq satılıb.

Qəbələ şəhər stadionunun 4500 tamaşaçı tutumu var. Lakin UEFA stadionun iki tribunasına girişi məhdudlaşdırıb.

Buna səbəb həmin tribunaların dəmir konstruksiyalı olmasıdır. Məhz bu səbəbdən, həmin oyun üçün stadionun tutumu iki dəfədən çox azalıb.

Qeyd edək ki, noyabrın 16-da keçiriləcək Azərbaycan - Estoniya oyunu saat 18:00-da başlayacaq.

Seçilən
15
3
azpolitika.info

4Mənbələr