AZ

Taleh Kazımovdan dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğunun təşviqi üzrə Yol Xəritəsi barədə açıqlama

Bakı. Trend:

Dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu vəmüqayisəliliyi üzrə Yol Xəritəsi üç əsas elementi vurğulayır.

Trend xəbər verir ki, bunuAzərbaycan Respublikası Mərkəzi Bankının (AMB) sədri Taleh KazımovAMB tərəfindən təşkil edilən “Dünyada dayanıqlı maliyyələşdirmənintəşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu vəmüqayisəliliyi üzrə Yol Xəritəsi” mövzusunda panel müzakirə zamanıdeyib.

“Yol xəritəsi uyğunluq üçün kritik əhəmiyyətə malik üç əsaselementi vurğulayır: ümumi iqtisadi fəaliyyət dəstininmüəyyənləşdirilməsi – xüsusilə inkişaf etməkdə olan bazarlar vəiqtisadiyyatlar üçün dekarbonizasiya prosesinə xüsusi diqqətyetirilir; G20-nin rəhbər prinsiplərinə uyğun olaraqtaksonomiyaların prinsipləri və əsas meyarları ilə uzlaşmaq üçünümumi texniki yanaşmaların işlənib hazırlanması; keçidmaliyyələşdirilməsinə dair ümumi yanaşmaların formalaşdırılması.Xüsusilə yüksək emissiyalı sektorlar üçün keçid fəaliyyətlərinidəstəkləməklə, “təmiz yaşıl” investisiyaların hüdudlarından kənaraçıxmağın zəruriliyi qəbul edilir”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankı IFC, DayanıqlıBankçılıq və Maliyyə Sektoru Şəbəkəsi (SBFN), Beynəlxalq DayanıqlıMaliyyələşdirmə Platforması (IPSF), BMT-nin İnkişaf Proqramı (UNDP)və BMT-nin Ətraf Mühit üzrə Maliyyə Təşəbbüsü (UNEP FI) dəstəyi ilədayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu vəmüqayisəliliyi üzrə yol xəritəsini təsdiq edib.

Xatırladaq ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr