AZ

Türkiyə və Haftar qüvvələri arasında əməkdaşlıq yolları müzakirə edildi

Liviyanın Tobruk Administrasiyasının lideri general Haftarın qüvvələri Benqazinin Racma şəhərindəki qərargahında türk rəsmiləri qəbul edib. Görüşdə Türkiyə və Haftar qüvvələri arasında əməkdaşlıq yolları müzakirə edilib və bu, tərəflər arasında ilk rəsmi təmas olub.

Turkustan.az xəbər verir ki, Tobruk Administrasiyasının lideri general Haftarın Liviyadakı qüvvələrinin rəsmiləri Türkiyə rəsmilərini qonaq edib.

Haftar qüvvələrinin Baş Komandanlığının baş katibi Hayri ət-Təmimi Türkiyənin Liviyadakı hərbi attaşesini və onu müşayiət edən nümayəndə heyətini Haftar qüvvələrinin Benqazinin Rəcmə şəhərindəki qərargahında qəbul edib.

Ötən həftə keçirdiyi görüşü sosial media hesabında açıqlayan Əl-Təmimi görüş zamanı tərəflər arasında birgə əməkdaşlıq yollarının müzakirə edildiyini açıqlayıb. Sözügedən görüş Türkiyənin Liviyadakı hərbi attaşesi ilə Haftarın Benqazi qüvvələrinin rəsmiləri arasında elan edilən ilk görüş olub.

Görüşlə birlikdə General Haftar administrasiyası ilə ilk təmaslar başladı. General Haftarın oğlu Səddam Haftar ötən ay İstanbulda keçirilən AHA EXPO 2024 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisində iştirak edib.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Seçilən
40
turkustan.az

1Mənbələr