AZ

Evdə hazırladığı təyyarə ilə uçdu -

Yamac paraşütü pilotu Hasan Kaval evdə düzəltdiyi təyyarəyə paraşüt taxaraq uçuş edib.
Metbuat.az NTV-yə istinadən xəbər verir ki, gördüyü qeyri-adi işləri ilə tanınan pilot Hasan Kaval evində hazırladığı unikal təyyarəyə paraşüt bağlayaraq uşaqlıq xəyalını reallaşdırıb. Kaval dörd il əvvəl uşaqlıqdan bəri qurduğu təyyarə hazırlamaq xəyali ilə Denizlidə yaşadığı evini atelyeyə çevirib. Hava sənayesində istifadə olunan alüminium və plastik materiallardan təyyarənin gövdəsini tamamlayıb.O, Adanada keçirilən 13-cü Kostümlü Yamaç Paraşütü Festivalına gətirərək öz təyyarəsi ilə ilk uçuşunu həyata keçirib. "Parauçak" adını verdiyi unikal təyyarə ilə təxminən 25 dəqiqə havada qalıb. Kaval bu anları qeydə alaraq izləyiciləri ilə paylaşıb.Hasan Kaval təyyarəyə bağladığı mühərrik sayəsində uçuş vaxtını 3 dəqiqədən 25 dəqiqəyə qədər uzada bildiyini qeyd edib.

Məlumata görə, Kaval bundan əvvəl Adana kababı, Erzincan dönəri və Türk kahvəsi kimi Türk mətbəxini də səmaya çıxarmışdı. İndi isə yamac paraşütü ilə bağlı müxtəlif layihələri ilə geniş maraq cəlb edir. Kaval qeyri-adi uçuşları ilə turizm bölgələrinin tanıtımına da töhfə verdiyini düşünür.

Seçilən
54
metbuat.az

1Mənbələr