AZ

5 uşağını faciəvi şəkildə itirən anadan ŞOK SÖZLƏR: “Mənə heç kim pul verməyib” – FOTO

İzmirdə baş verən yanğın fəlakətində 5 uşağını itirən Melisa Akcan nazirliyin onlara 1 il ərzində 110 min 705 TL təzminat ödəndiyi barədə açıqlamasına reaksiya verib.

Medianews.az xəbər verir ki, övladlarını faciəvi şəkildə itirən ana nazirlik tərəfindən cəmi 8 min lirə aldıqlarını bildirib.

“110 min lirə yardım almamışam, 100 min lirə bir kənara qalsın, heç vaxt pul almamışam. Cəmi 8 min lirə yardım verdilər”,-deyə Melisa Akcan bildirib.

İzmirin Səlcuq rayonunda 5 bacı-qardaşın həyatını itirdiyi yanğın faciəsində ana Melisa Akcan məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Akcanın övladlarının dəfn mərasimində iştirak etmək üçün polis nəzarəti ilə gətirildiyi məsciddə halının pisləşdiyi və xəstəxanaya aparıldığı açıqlanıb.

Yanğının elektrik sobasının aşması nəticəsində baş verdiyi müəyyən edilib. Evdə tək olan 5 yaşlı Fadime Nefes, 4 yaşlı Funda Peri, 3 yaşlı Aslan Miraç , 2 yaşlı Masal Işık və 1 yaşlı Aras Bulut Akcan adlı qardaş və bacılar tüstüdən zəhərlənərək həyatını itirib.

Medianews.az

İzmir'de

Seçilən
45
medianews.az

1Mənbələr