AZ

Rusiya ordusu Kupyanska daxil oldu

Ukrayna Müdafiə Nazirliyinə yaxın olan “DeepState” layihəsi noyabrın 13-də axşam saatlarında zirehli texnikada rusiyalı hərbçilərin Xarkov vilayətinin Kupyansk şəhərinin kənarına daxil olduğunu açıqlayıb.

Bildirilib ki, noyabrın 13-də günorta saatlarında iki kolon Rusiya texnikası Liman Pervı yaxınlığından Kupyansk istiqamətində yola düşüb. Birinci kolonda iki MT-LB zirehli döyüş texnikası, bir piyada döyüş maşını və tank olub, ikinci kolonun tərkibi məlum deyil.

“DeepState”in məlumatına görə, Ukrayna hərbçiləri bir MT-LB zirehli texnikasını sıradan çıxarıb, ikinci texnika isə Kupyansk-Uzlovaya stansiyası yaxınlığında “Svatovskaya küçəsi ərazisinə sərbəst şəkildə saxil ola bilib”. 15-ə yaxın Rusiya əsgəri zirehli maşından düşərək yaşayış binalarında möhkəmləniblər. Həmin küçədə Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus tankı sıradan çıxarıb. “DeepState” qeyd edir ki, desant qüvvələrinin bir hissəsi öldürülüb.

“DeepState” keçid anını göstərən video dərc edib (teleqramda mövcuddur). “Slivoçnıy kapriz” layihəsi bildirib ki, videoya əsasən, Rusiya qoşunları cəbhə xəttindən dörd kilometrə qədər məsafəni qət edərək Kupyanskın şərq kənarındakı sənaye zonasına çatıb. “DeepState” xəritəsinə əsasən, noyabrın 13-də səhər saatlarında Rusiya hərbçiləri Kupyanskdan üç kilometr yarımdan çox uzaqda olublar.

2022-ci ilin qışından etibarən Rusiyanın 1-ci Tank Ordusu şimaldan Oskol çayı boyunca Kupyanska uğursuz hücumlar edib, bu müddət ərzində RF hərbçiləri bir neçə kilometr irəliləyib və yalnız Liman Pervı və Sinkovka kəndlərini işğal edib.

Kupyansk Rusiya qoşunlarının Ukraynaya genişmiqyaslı müdaxiləsinin ilk günlərindən RF ordusunun işğalı altında idi. Ukrayna Silahlı Qüvvələri 2022-ci ilin payızında Xarkov vilayətində keçirdiyi hücum zamanı Kupyanskı azad edib.

Seçilən
52
buta.media

1Mənbələr