AZ

Hücumu nəticəsində ölənlərin sayı artıb...

Ukrayna Silahlı Qüvvələrinin Belqoroda təşkil etdiyi hava hücumu nəticəsində ölənlərin sayı iki nəfərə çatıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rusiya vilayətinin qubernatoru Vyaçeslav Qladkov Telegram-da bildirib.

Daha əvvəl o, Belqorod vilayətinin paytaxtında hava hücumundan müdafiə sisteminin əməliyyatı zamanı bir qadının yaralandığını bildirmişdi.

Sonradan məlum olub ki, daha bir vətəndaş özbaşına həkimlərə müraciət edib. Kişiyə döş qəfəsinin qəlpə yarası diaqnozu qoyulub.

Əli Babayev

Seçilən
39
sia.az

1Mənbələr