AZ

Ranyeri rəsmən “Roma”da

Klaudio Ranyerinin “Roma”nın baş məşqçi postuna təyinatı rəsmiləşib.

İdman.biz xəbər verir ki, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.

O, “canavarlar”ın mövsüm ərzində üçüncü baş məşqçisi olub. Mövsümə Daniele de Rossi ilə başlayan “Roma” Ovan Yuriçlə də yollarını ayırıb. Ranyeri ilə mövsümün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb. Anlaşma bitdikdən sonra mütəxəssis klubda idman məsələləri üzrə məsləhətçi kimi qalacaq. Klub isə növbəti mövsüm üçün baş məşqçi axtaracaq.

Qeyd edək ki, Ranmyeri ötən mövsümün sonunda karyerasını bitirdiyini elan etsə də, yenidən “Roma”ya qayıtmağa razılıq verib.

İdman.biz

Seçilən
51
idman.biz

1Mənbələr