İspaniya nəhəgi Madrid “Real”ı, “qaymaqlılar”ın düşərgəsinin yerləşdiyi məşq şəhərciyi “Syudad Real Madrid”in adını dəyişəcək.
Arena.az AS dərgisinə istinadən məlumat verir ki, “Real”ın şəhərciyi klubun cari prezidenti Florentino Peresin şərəfinə adlanacaq.
Mənbənin məlumatına görə, ad dəyişikliyi daha əvvəl “Real” rəhbərliyinin iclasında təsdiqlənib. “Real” rəsmi saytında keçmiş “Ciudad Real Madrid” adı qalır, amma Madrid Şəhər Şurasının saytında bu ada Peres adı əlavə edilib.
Florentino Peres 2006-2006-cı illərdə “Real”ın prezidenti olub. 2009-cu ilin iyununda ikinci dəfə İspaniya nəhənginin başına keçmiş Peres, “Real” tarixinin ən şanlı memarlarından biridir.
Florentino Peresin rəhbərliyi altında “Real” bir müddət kölgəsində qaldığı əzəli rəqibi “Barselona”nın həmin müddətdə əldə etdiyi uğurları kölgədə qoyaraq, çoxlu qənimətləri muzeyinə aparmağı, klubun ad-sanını bərpa etməyi bacarıb.