AZ

Almaniya limanlarını Rusiya qazı üçün bağlayıb

“Financial Times” yazır ki, Almaniya İqtisadiyyat Nazirliyi Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan gəmilərin limanlarına buraxılmaması barədə göstəriş verib.

FT nazirlikdən liman operatoru Deutsche Energy Terminal-a (DET) noyabrın 6-da məktub alıb. Orada nazirlik operatora Rusiyadan LNG daşıyan hər hansı yük gəmisini qəbul etməkdən imtina etməyi “təsvir edir”.

Məktub DET-in gələn bazar günü Brunsbüttel LNG terminalı vasitəsilə “Rusiya yük gəmisi”nin gələcək gəlişi barədə nazirliyə bildirişindən sonra göndərilib.

Nazirlik əmrini onunla izah edir ki, belə yüklər qəbul olunarsa, əvvəllər qarşıya qoyulmuş “Rusiya qazından müstəqilliyə” nail olmaq məqsədinin “bütün mənası” itir.

Deutsche Energy Terminal və Almaniya Energetika Nazirliyi FT tərəfindən görülən məktuba şərh verməkdən imtina etdilər.

 

Nigar

 

Seçilən
76
26
oxu24.com

10Mənbələr