UEFA narkotik istifadəsində şübhəli bilinən ingilis hakim Devid Kut ilə bağlı araşdırmalara başlayıb.
Fanat.Az xəbər verir ki, məlumatı qurumun rəsmi saytı yayıb.
"The Sun" nəşrinin Kutun narkotik qəbul etdiyi videonu ictimaiyyətə çatdırmasından sonra araşdırmalar start götürüb. Videonun Kutun VAR köməkçi hakimi olduğu görüşdən - AÇ-2024-ün 1/4 finalının Portuqaliya - Fransa oyunundan bir gün sonra çəkildiyi vurğulanıb.
Qeyd edək ki, bir neçə gün öncə sözügedən referinin "Liverpul" klubunun sabiq baş məşqçisi Yurgen Kloppu təhqir etdiyi video yayılıb. Bundan sonra o, İngiltərə Hakimlər Komitəsi tərəfindən yerli çempionatın oyunlarından kənarlaşdırılıb. UEFA isə 42 yaşlı referini Millətlər Liqası matçlarından uzaqlaşdırıb.