AZ

Deputat: "COP29 dünya ölkələri haqqında həqiqəti çatdırmaq imkanı verir"

"Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasının tərəflər konfransının 29-cu sessiyasının Bakıda keçirilməsi tarixi əhəmiyyət kəsb edir. COP29 196 dövlətin və Avropa İttifaqının dəstəyi ilə məhz Azərbaycanda keçirilir".

Bu sözləri Demokrat.az-a deputat Arzu Nağıyev deyib: 

"COP28-dən sonra 11 ay ərzində hazırlıqların başa çatması, böyük tədbirə ev sahibliyi etmək Azərbaycan dövlətinin rəhbərinin düzgün qurduğu daxili və xarici siyasətin nəticəsidir. Tədbir Azərbaycana suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş qalib ölkə olduğunu, əvvəllər yürüdülən məkrli siyasətin yanlış olduğunu dünyaya göstərmək üçün imkandır. 
Eyni zamanda Azərbaycan dövlət olaraq qlobal istiləşmənin qarşısının alınması, yaşıl enerji məsələsində mühüm rol oynamağa başlayan ölkələr sırasına qoşulub. 
Ölkəmiz uzun illərdir ki, Qoşulmama hərəkatına rəhbərlik edir. Qlobal istiləşmənin 1.5-2 dərəcə selsi qarşısının alınması kimi ümumi məqsədimizin nə demək olduğunu dünyaya yayır".

Onun sözlərinə görə, COP29 dünya ölkələri haqqında həqiqəti çatdırmaq imkanı verir:

"Avropaya təbii qaz tədarükünün şaxələndirilməsinə kömək etməklə yanaşı, yaxın gələcəkdə bərpa olunan enerjinin ötürülməsi layihələrində regional liderə çevrir.COP29-un nəticəsinə bağlı olaraq bəşəriyyəti narahat edən məsələlər istiqamətində ciddi addımlar atılacaq. Maliyyələşmə məsələsi ön planda olacaqdır"

Əfsanə Kamal
Demokrat.az
Seçilən
58
demokrat.az

1Mənbələr