“Neftçi”nin basketbol komandası heyətini yeni oyunçularla gücləndirib.
Msport.az xəbər verir ki, bu barədə “Neftçi” İdman Klubunun mətbuat xidmətin məlumat yayıb.
Azərbaycan Basket Liqasında mübarizə aparan komanda ABŞ-dən olan iki basketbolçu ilə anlaşıb.
Derrel Camal Brentli və De Ancelo Uilyam Stüart ilə rəsmi müqavilə imzalanıb.
Qeyd edək ki, “ağ-qaralar” bu gün Ayzeya Lyuis, Alonso Kempbel, Broderik Robinson və Bobi Harvi ilə vidalaşdıqlarını açıqlayıb.