AZ

Mark Rutte: "Müharibəni dayandırmağa yalnız Ukrayna qərar verə bilər"

NATO-nun Baş katibi Mark Rutte Ukraynada müharibənin sona çatması ilə bağlı qərarın yalnız bu ölkəa hökumətinin hüququ olduğunu vurğulayıb.

Bakupost.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, NATO rəhbəri Latviya Prezidenti Edqars Rinkeviç ilə birgə keçirdiyi mətbuat konfransında Rusiyanın həm Ukraynaya, həm də ümumilikdə dünyaya yönələn təhdidlərinə qarşı Alyansın müdafiə qabiliyyətlərinin gücləndirməsinin vacib olduğunu qeyd edib. O, müdafiə sənayesi sahəsində investisiyaların artırılması və istehsalatın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Rutte, Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın enerji infrastrukturunu hədəf alaraq qışı "silah kimi istifadə etməyi" hədəflədiyini bildirib. Qeyd edib ki, Ukraynanın dəstəklənməsi yalnız onun suverenliyi üçün deyil, həm də Avropa və transatlantik təhlükəsizlik üçün vacibdir.

NATO-nun müdafiə gücünün artırılması və Ukraynaya davamlı dəstək verilməsi çağırışı edən Rutte, Rusiya ilə sülh danışıqlarının yalnız Ukraynanın şərtlərinə uyğun aparılmalı olduğunu vurğulayıb.

Lalə, BakuPost
Seçilən
42
bakupost.az

1Mənbələr