AZ

COP29 çərçivəsində “Metan emissiyalarının azaldılması məqsədilə 6-cı maddəyə əsaslanan iqlim maliyyəsi” mövzusunda tədbir keçirilib - FOTO

Bu gün COP29-un “Yaşıl Zonası”nda Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində “Article Six Group”un təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə “Metan emissiyalarının azaldılması məqsədilə 6-cı maddəyə əsaslanan iqlim maliyyəsi” mövzusunda tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  tədbirdə Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov, SOCAR Qrupun, “Article Six Group”, “Atlantic Council”, “Standart Chartered Bank”, “Environmental Defence Fund”,”Oil and Gas Decarbonization Charter” kimi təsisatların, həmçinin digər maraqlı tərəflərin nümayəndələri iştirak ediblər.

Tədbirdə enerji sektorunda metan sızmalarının aşkarlanması və aradan qaldırılması üzrə layihələrin həyata keçirilməsi, azaldılmış emissiya həcmlərinin Paris Sazişinin 6-cı maddəsinə əsasən, sertifikatlaşdırılması, karbon krediti bazarları,  həmçinin emissiyalarının azaldılmasına dair maliyyə mexanizmləri haqqında müzakirələr aparılıb.

SOCAR-ın vitse-prezidenti Əfqan İsayev tədbirdə çıxış edərək, SOCAR-ın fəaliyyət sahələrində metan emissiyalarının azaldılması istiqamətində həyata keçirilən layihələr, peyk və dronlar vasitəsilə metan emissiyalarının monitorinqi, emissiyaların azaldılması sahəsində tətbiq olunan yeni innovativ həll yolları, mövcud çətinliklər, habelə bu sahədə maliyyələşdirmə məsələlərinə dair  ətraflı məlumat verib.

Tədbirdə enerji şirkətlərinin bu kimi layihələrin həyata keçirilməsi imkanları, mövcud təcrübələr, bu sahədə çətinliklər, karbon emissiyalarının beynəlxalq metodologiyaya uyğun olaraq azaldılması və sertifikatlaşdırılması, karbon kreditlərinin ticarəti mexanizmi haqqında təqdimatlar edilib.

Müzakirələrdə sənayedə dekarbonizasiya həllərinin inkişaf etdirilməsi üçün əsas amillərdən birinin də maliyyə resurslarının cəlb edilməsi olduğu bildirib. Bu baxımdan Paris Sazişinin 6-cı maddəsinə əsasən, maliyyə qurumlarının enerji sektorunda emissiyaların azaldılması və iqlim maliyyəsinə cəlb edilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.

Seçilən
94
2
ikisahil.az

2Mənbələr