AZ

Tramp Rusiya-Ukrayna müharibəsini belə bitirəcək - AÇIQLAMA

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “kritik yardımı” kəsməklə bağlı hədəylə və Kiyevin güzəştləri ilə Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə nail olacaq.

 

Sfera.az xəbər verir ki, hərbi analitik, Avropa Siyasətinin Təhlili Mərkəzinin baş elmi işçisi, həmçinin ABŞ qoşunları komandanının keçmiş müşaviri Voyger bu barədə Sky News-a müsahibəsində bildirib.

 

“Məncə, Tramp sülhə nail olmaq üçün Ukraynaya təzyiq göstərməyə hazır olardı - ədalət naminə, Ukraynanın suverenliyini bərpa etmək və Rusiyanın təcavüzünü cəzalandırmaq naminə deyil, sülhün özü naminə. O, həqiqətən seçicilərinə vəd etdiyini yerinə yetirə bilər”, - o deyib.

 

Ekspertin fikrincə, hər hansı təklif edilən razılaşma Trampın “həyati vacib yardımı kəsməklə hədələyərək” Ukraynaya təzyiq göstərməsinin nəticəsi ola bilər. Voyger də Respublikaçının Vladimir Putin üzərində heç bir təsir rıçaqının olmadığını  qeyd edib.

 

“Tramp təcridçidir... Bu davranış NATO-ya , transatlantik həmrəyliyə zərər verəcək və son nəticədə bildiyimiz kimi beynəlxalq nizamın əsaslarını təhdid edəcək”, - deyə keçmiş hərbçi xəbərdarlıq edib.

 

Bir gün əvvəl Amerikanın “The New York Times” qəzeti Donald Trampın yeni administrasiyasında ABŞ dövlət katibi vəzifəsinə namizəd Marko Rubionun yeni prezidentin Ukraynaya “ təzyiq” etmək planları ilə çox güman ki, danışıqlara başlamağa razılaşacağını yazmışdı.

 

İnci

Seçilən
47
sfera.az

1Mənbələr