AZ

“İrəvan Ermənistanın yaranma tarixini ona xatırladan hər bir fikirdən qorxur”

“Paşinyan parlamentdəki çıxışında Ermənistanı Azərbaycanla eyni tərəziyə qoyaraq Azərbaycanın Ermənistanın konstitusiya dəyişikliyi tələbinə qarşı Azərbaycan konstitusiyasında da Ermənistana qarşı ərazi iddiasının olmasını bildirməsi faktı yeni fakt deyildir. O, bunu bir neçə dəfə təkrarlayıb. Amma məsələlərin mahiyyəti tamamı ilə başqa olduğundan, Paşinyanın bu məsələləri eyniləşdirmək cəhdi həqiqətən də absurd və qərəzlidir, bir sözlə, ermənisayaqdır”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Azər Qasımov bildirib. Ekspert qeyd edib ki, Paşinyanın ittihamlarının heç bir əsası yoxdur:

 

“Ermənistanın müstəqillik aktında qeyd edilən “Dağlıq Qarabağ Ermənistan ərazisidir” və bir sıra absurd fikirləri Azərbaycanın konstitusiyasında yazılmış "Müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin davamçıdısıdır" fikri ilə eyniləşdirmək Ermənistanın işğalçı mahiyyətini gizlətmək məqsədi daşımaqdan başqa bir şey deyildir. Əslində bu, ermənilərin içində olan qorxunun dilə gətirilməsidir.

Ermənistan rəsmiləri yaxşı bilirlər ki, indiki Ermənistan qədim Azərbaycan torpaqları üzərində süni şəkildə yaradılıb. Odur ki, hər bir bunu xatırladan fikirdən qorxurlar. Azərbaycana bunu dəyişdirməyi eşitdirməklə bu qorxularından azad olmaq istəyirlər. Azərbaycan isə tarixi mövcudiyyətinin xatırladılmasını öz konstitusiyasına salmaqla zəngin keçmişinin ona bəxş etdiyi böyüklüyü xatırlatmaq istəyir. Dünya dövlətləri, xüsusən də, İslam dünyasında ilk demokrarik dövlət quran ölkə olduğunu xatırladır. Ermənistan isə bunda öz xislətinə uyğun olaraq ərazi iddiası axtarır. Azərbaycanın konstitusiyasında hansısa ərazi iddiası olub-olmamasından asılı olmayaraq Ermənistanın tarixi Azərbaycan torpaqları üzərində yaradıldığı gerçəyini hamı bilir. Bu qorxularından Ermənistan heç vaxt xilas ola bilməyəcək. Ancaq Azərbaycanla sülh istəyirsə, Azərbaycanın tələblərini yerinə yetirməlidir. Paşinyan hansısa bəhanələrlə ancaq Azərbaycanın tarixi torpaqları olan ərazilərin geri qaytarılması prosesini sürətləndirə bilər. Paşinyanda bu yaxşı alınır. Belə davam edərsə, arzuları gerçək olacaq. Azərbaycan konstitusiyasına həqiqətən də dəyişiklik edəcək. Ancaq bu dəfə real şəkildə tarixi torpaqlarını bərpa etdiyindən”.

 

Seymur ƏLİYEV

Seçilən
43
moderator.az

1Mənbələr