AZ

"Samsung"un səhmləri son 4 ilin ən aşağı səviyyəsinə endi

ABŞ-da keçirilən seçkilərdən sonra texnologiya və kripto sahəsində müxtəlif təsirlərin müşahidə edildiyi qeyd olunur. Bu təsirlərdən ən çox zərər çəkənlərdən biri isə Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung" olub.

Valyuta.az xəbər verir ki, seçkidən sonra Tramp administrasiyasının tətbiq etdiyi yeni siyasətlər, gömrük tarifləri və süni intellekt çiplərində yaşanan çətinliklər "Samsung Electronics" səhmlərinin dörd ilin ən aşağı səviyyəsinə düşməsinə səbəb olub.

"Samsung" səhmləri il ərzində 34% dəyər itirərək ən pis illik göstərici riski ilə üz-üzədir. Bu eniş, Trampın Çin idxalatına tətbiq etdiyi 10%-lik ümumi gömrük vergisi və 60%-lik xüsusi gömrük tarifi təhdidindən daha da təsirlənib. Bu tariflər elektron məhsullara tələbatı azaldaraq "Samsung"un satışlarına mənfi təsir göstərə bilər.

"Samsung"un rəqibi olan "SK Hynix" isə Trampın siyasətlərindən daha az təsirlənərək il ərzində 32% artım göstərib. "SK Hynix" yüksək performanslı süni intellekt server çiplərinin satışlarını, xüsusilə "Nvidia" kimi Amerika müştərilərinə olan satışlarını artırıb.

Trampın tarifləri "Samsung"un Çin müştərilərindən asılılığını daha da ön plana çıxarıb. Bu vəziyyət, "Samsung"un yerli rəqibi "SK Hynix"ə qarşı üstünlük əldə etdiyi bir dövrdə şirkəti daha çətin vəziyyətə salıb. Trampın Çin idxalatına yönəlik təhdidləri, Çinli rəqiblərin qiymətləri endirməsinə səbəb olub ki, bu da "Samsung"un beynəlxalq bazarda rəqabət gücünü zəiflədib.

Son həftələrdə Cənubi Koreya prezidenti Yun Suk Yol, Trampın Çin idxalatına tətbiq etdiyi yüksək tariflərin Çinli rəqiblərin qiymətləri aşağı salmasına və bunun Cənubi Koreya çip şirkətlərinin beynəlxalq bazarda rəqabət gücünü zəiflədəcəyinə dair narahatlığını bildirib.

"Samsung" səhmləri Cənubi Koreya birjasında ən dəyərli səhmlərdən biri olaraq dörd günlük enişi tamamlayıb və 0126 GMT-də 2.1% dəyər itirib. "SK Hynix" səhmləri isə iki gün ardıcıl enişdən sonra 2% artım göstərib.

Rəhim

Seçilən
42
valyuta.az

1Mənbələr