AZ

Minlərlə turist vulkan püskürməsi səbəbindən adanı TƏRK EDƏ BİLMİR – VİDEO

Minlərlə turist Bali adasında vulkan püskürməsi səbəbindən qapalı qalıb.

İnterpress.az xəbər verir ki, hündürlüyü 1584 metr olan Levotobi Laki-Laki vulkanı noyabrın 3-də püskürməyə başlayıb və 9 kilometr hündürlüyə kül buludu atıb.

Vulkanın yerləşdiyi Flores adasında 10 nəfər ölüb. Kraterin yaxınlığında yaşayan insanlar təxliyə edilib. Kül buludu Bali adasına uçmaq və ya çıxmaq planlaşdırılan turistlərin qarşısını kəsib.

Aviaşirkətlər Denpasar Beynəlxalq Hava Limanına reysləri ya ləğv edib, ya da gecikdiriblər. Gediş/gəliş lövhəsində onlarla reys “vulkan səbəbindən ləğv edilib” qeyd olunub.

Hazırda minlərlə turist evlərinə vaxtında çata bilmir. Artıq iki gündür ki, hava limanında gecələmək məcburiyyətində qalıblar.

Eyni zamanda, qarşıdan gələn reyslər üçün biletlərin qiyməti tələbat səbəbindən xeyli artıb. Bəzi biletlərin qiyməti demək olar ki, təxminən 17 300 manata çatır.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
125
13
interpress.az

10Mənbələr