AZ

Aİ müdafiə xərcləri üçün 300 milyon avro büdcə ayrılıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropa İttifaqı (Aİ) müdafiə sənayesini gücləndirmək üçün həyata keçiriləcək layihələrə 300 milyon avro dəyərində maliyyə dəstəyi verəcəyini açıqlayıb.

Banco.az xəbər verir ki, koordinasiyalı müdafiə satınalmalarını hədəfləyən Birgə Satınalmalar Yoluyla Müdafiə Sənayesinin Gücləndirilməsi üzrə Avropa Aləti (EDIRPA) ilə ümumilikdə 20 Aİ ölkəsini əhatə edən transsərhəd layihələr üçün 300 milyon avro maliyyə dəstəyi təsdiq edilib.

Bu barədə Aİ Komissiyası bəyanat yayıb.

Bəyanatda deyilir ki, EDIRPA çərçivəsində seçilən hər bir layihə üçün 60 milyon avro büdcə ayrılması planlaşdırılır və layihələr Aİ-yə üzv dövlətlər arasında müdafiə sahəsində əməkdaşlığın artırılmasına təkan verəcək və ölkələrin müdafiə qabiliyyətini gücləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
71
1
banco.az

2Mənbələr