Bakı. Trend:
Energetika naziri Pərviz Şahbazov COP29 tədbiri çərçivəsindəMoldovanın energetika naziri Viktor Parlikov ilə görüşüb.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdəikitərəfli enerji gündəliyinin aktual məsələlərinə dair müzakirələraparılıb. Azərbaycanda “yaşıl enerji” keçidi və müxtəlifistiqamətlərdə həyata keçirilən “yaşıl enerji dəhliz”ləri ilə bağlıfikir mübadiləsi edilib.
Bərpa olunan enerji, enerji səmərəliliyi və enerji tənzimlənməsisahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanlardəyərləndirilib. Enerji səmərəliliyi, bərpa olunan enerjimənbələrinin təşviqi və enerji tənzimlənməsi sahələrində əməkdaşlıqmemorandumlarının imzalanması razılaşdırılıb.
Nazir Mərakeşin enerji keçidi və dayanıqlı inkişaf naziri LeilaBenali ilə də görüşüb. Görüşdə hər iki ölkədə enerji sektorundainkişaf prosesləri və yaşıl enerji keçidi təcrübəsi bölüşülüb.Bərpa olunan enerji, qaz infrastrukturu və pespektivli layihələrüzrə əməkdaşlıq potensialı nəzərdən keçirilib. COP29-un enerjitəşəbbüslərinə dəstək ifadə olunub.