Azərbaycan və Türkiyə dəniz qüvvələri birgə hərbi təlim keçirəcəklər.
Gundem.az bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Bildirilir ki, təlimlər 18-29 noyabr tarixləri arasında keçiriləcək.
Məlumata görə, təlimlərdə iki ölkənin Sualtı Hücum (SAT) və Sualtı Müdafiə (SAS) bölmələri iştirak edəcək.
Təlimlərin Muğlada keçirilməsi planlaşdırılır.