AZ

“Baker Hughes” şirkəti ilə birgə fəaliyyətin təşviqi müzakirə edilib

Bakı. Trend:

"Baker Hughes” şirkətinin rəhbərliyi ilə dayanıqlı biznesmodellərinin formalaşdırılması, emissiyaların azaldılmasına yönəlikfəaliyyət və müasir texnologiyaların tətbiqi ilə hasilatdasəmərəliliyin artırılması istiqamətində əməkdaşlığıngenişləndirilməsi imkanları müzakirə edilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə,iqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində “BakerHughes” şirkətinin sədri və baş icraçı direktoru Lorenzo Simonelliilə görüşüb.

Görüşdə şirkətlə birgə fəaliyyət çərçivəsində həyata keçirilənlayihələr, innovativ yanaşmaların və müasir texnologiyalarıntətbiqi ilə hasilatda məhsuldarlığın və səmərəliliyin artırılmasıüzrə əməkdaşlıq nəzərdən keçirilib. Dayanıqlı biznes həlləri,emissiyaların azaldılmasına yönəlik fəaliyyət və dekarbonizasiyaistiqamətində tərəfdaşlıq məsələlərinə toxunulub.

Tərəflər yaşıl enerji sahəsində ölkəmizin zəngin potensialındansəmərəli istifadənin, iqlim fəaliyyətinin beynəxalq standartlarauyğun təşkilinin və bərpa olunan enerjiyə investisiyalarınartırılmasının əhəmiyyətini vurğulayıblar. Enerji keçidinin təşviqivə bu xüsusda şirkətin ölkəmizin yaşıl gələcəyinə verə biləcəyitöhfələr, həmçinin SOCAR ilə tərəfdaşlığın inkişaf perspektivlərimüzakirə edilib.

Seçilən
34
7
az.trend.az

9Mənbələr