AZ

AK Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyib

Avropa Komissiyası Ukraynaya dəstək üçün Avropa Fondundan Kiyevə 4,1 milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşının ayrılmasını müsbət qiymətləndirib.

Ucnoqta.az xəbər verir ki, Avropa Komissiyasının mətbuat xidməti bildirib ki, qərar indi Aİ Şurası tərəfindən təsdiqlənməlidir.
Qeyd olunur ki, Avropa Komissiyası Ukraynanın bu ödəniş üçün tələb olunan islahat öhdəliyinin bütün doqquz bəndini qənaətbəxş şəkildə yerinə yetirdiyini müəyyən edib.
 Avropa Komissiyası Kiyev tərəfindən aparılan islahatların qiymətləndirildiyi meyarların “korrupsiyaya qarşı mübarizə, biznes şəraiti, əmək bazarı qaydaları, enerji bazarı standartları və ətraf mühitin mühafizəsi ilə bağlı olduğunu açıqlayıb.

Avropa Komissiyası qeyd edib ki, bu tranşın Ukraynaya Dəstək Fondu vasitəsilə köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1 milyard avro alacaq.

Seçilən
57
8
ucnoqta.az

10Mənbələr