AZ

Birjalarda Tramp dövrü başlayır – DOLLAR, NEFT VƏ FED-İN SƏLAHİYYƏTLƏRİ DƏYİŞİR

Bazarlar istehlak qiymətləri indeksi (CPI) və istehsalçı qiymətləri indeksi (PPI) sabitliyinə meyl edir, FED-in potensial faiz endirimi investorların inamında bir yüksəlişə səbəb oldu. 

Trumpın ikinci prezidentlik qələbəsi qlobal bazarlarda şok yaratdığından, bütün gözlər FED-i n rəhbəri Jerome Pauelə çevrilib. İnvestorlar qəflətən yaranmış qeyri-müəyyənlik şəraitində siyasət və iqtisadi reallıqların toqquşduğu bir dövrdə siqnal axtarırlar.

İnvestorlar gözlərini inflyasiyaya dikiblər. Təkcə son bir gün ərzində – dünəndən bu günə Federal Ehtiyat Sisteminin dekabrın 18-də faiz dərəcəsini dörddə bir bəndlik endirmə ehtimalı 59%-dən 83%-ə yüksəlib. 

İnflyasiya cüzi yüksəliş göstərsə də, qiymətlərin daha kəskin artacağından qorxanların çoxu üçün rahatlıq oldu. Belə bir ssenari ilin sonuna kimi monetar yumşalma ilə bağlı istənilən xəyalları alt-üst edərdi. Bununla belə, 10 illik ABŞ istiqrazlarının gəlirliliyi inadla yüksək olaraq qalır və bu, istiqraz bazarının hələ də inflyasiya təzyiqlərindən ehtiyatlı olduğunu göstərir. 

Bu gün açıqlanın İstehsalçı Qiymətləri İndeksi (PPI) məlumatları proqnozlara uyğun olaraq aylıq 0,2% və illik 2,4% artıb. Bu Bloomberg-in iqtisadçılardan aldığı proqnozlara uyğun gəlir. İnvestorlar indi Federal Ehtiyat Sisteminin sədri Jerome Powell-in Dallas Regional Palatasında açıqlamalarını gözləyirlər. 

Donald Trampın ikinci prezidentlik qələbəsinin afterşokları maliyyə dünyasında dalğalanmaqda davam edir. İnvestorlar Wall Street-dəki yüksəliş mövqelərini geri çəkirlər və bu, digər bazarlarda dalğalanmalara səbəb olur. 

Bu arada, xüsusilə valyuta bazarında əhəmiyyətli dəyişikliklər formalaşır. Noyabrın 13-də Avropa indeksləri, Trampın siyasətinin hökm sürdüyü gələcəklə bağlı narahatlıqlarla sarsılan bir zərbə aldı. Atlantik okeanının diər sahilində, Wall Street-də isə nisbi sakitlikdir: Nasdaq 0,16%, Dow Jones 0,1%, S&P 500 indeksi isə +0,02% yüksəlib. 

Yeni seçilmiş prezident Tramp isə öz administrasiyasını güclü fikirləri ilə tanınan şəxslərlə doldurmağa davam etdi. Yeni prezident üçün daha yaxşı bir xəbər odur ki, respublikaçılar , Nümayəndələr Palatasında da çoxluğa sahibdirlər. Nəticədə indi respublikaçılar Ağ Ev, Senat, Nümayəndələr Palatası və Ali Məhkəməyə nəzarət edirlər, Demokratlar isə çətin vəziyyətdədirlər. 

Trampın Federal Ehtiyat Sistemi (FED) ilə münasibətləri necə olacaq? Çox güman ki, mübahisəli. Trump-ın planları nəticəsində yarana biləcək inflyasiya alovunu söndürmək FED-in işidir, bu baş versə, Trampla Jerome Powell-in münaqişəsi ola bilər. Qeyd edək ki, respublikaçılar artıq çoxdandır ki, FED-in gücünü azaltmağa çalışırlar. 

Hələlik Trampın qayıdışı özünü ən çox valyuta bazarlarında göstərir - avro, yen və digər əsas valyutalar dollar qarşısında zəifləyir. Artıq ilk nəticələr də var – məsələn yapon ieni ucuzlaşaraq hökumət tərəfindən müdaxilə tələb olunan səviyyəyə yaxınlaşır. Dolların qeyri-sabitliyi inkişaf etməkdə olan bazarlara da təsir edir. 

Neft qiymətləri hələlik sabitdir – qiymətlər ABŞ-ın hasilat perspektivləri ilə OPEC+-ın qiymət sabitləşdirmə səyləri arasında sabit dayanıb. Əvəzində bazarın daxilində maraqlı yeniliklər var. Hindistan ilk dəfə olaraq əsas neft alıcısı kimi Çini arxada qoyub. 

Müstəqil Dövlətlər Birliyi, ilk növbədə, Rusiya, Qazaxıstan və Azərbaycan indi Hindistan neftinin 43%-ni təmin edir ki, bu da 2021-ci ildəki 2%-dən dəfələrlə artıqdır. Başqa sözlə, krayna münaqişəsi və embarqolar neftin satış marşrutlarını dəyişdirib. 

Seçilən
54
47
fed.az

10Mənbələr