AZ

İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib

İsrail Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatının hərbi obyektlərinə və qərargahına hücum edib...

“Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

“Bu gün Müdafiə Qüvvələri Suriyada “İslami Cihad” təşkilatına məxsus hərbi obyektlərə və komanda mərkəzlərinə zərbələr endirib”, - məlumatda deyilir.

Qeyd olunub ki, “İslami Cihad” təşkilatı Livanın cənubunda “Hizbullah” hərəkatına dəstək verir, eləcə də ötən il oktyabrın 7-də baş verən hadisələrdə iştirak edib.

Xatırladaq ki, İsrail oktyabrın 1-dən Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı quru əməliyyatı keçirir və qonşu ölkəni havadan bombalamağa davam edir.

Poliqon.info

Seçilən
54
9
poliqon.info

10Mənbələr