AZ

Çində özünü varlı kimi təqdim edən şəxs həbs olundu

Çində gənc oğlan nənəsindən külli miqdarda pul hədiyyə alması barədə yalan danışdığı üçün həbs edilib.

Qaynarinfo xəbər verir ki, bu barədə SCMP yazıb.

Gənc çinlinin "TikTok"un Çin ekvivalenti olan "Douyin" hesabında lüks avtomobillər, zinət və əntiq əşyalar nümayiş etdirməsi ilə diqqət çəkdiyi bildirilir. O, şərhində həmçinin bildirib ki, 20 illik yubileyi üçün nənəsi ona 180 milyon yuan verib.

İzləyicilərinin inamsızlığı ilə üzləşən gənc 2,4 milyard yuan olduğu iddia edilən bank hesabının skrinşotunu yayımlayıb. Bundan əlavə, o, sosial şəbəkədə qohumunun Çin Dövlət Şurasında yüksək vəzifəyə təyin olunması ilə bağlı sərəncamı paylaşıb.

Quizhou əyalətində internet polisi Tian adlı şəxsin öz hekayəsini tamamilə uydurduğunu və izləyiciləri cəlb etmək və onlayn qumardan pul qazanmaq üçün fotoşəkilləri manipulyasiya etdiyini bildirib. O, ictimai asayişi və kiberməkan qaydalarını pozduğuna görə həbs edilib.

Aydın

Seçilən
98
2
qaynarinfo.az

3Mənbələr