AZ

Onlara qarşı qətiyyətlə mübarizə aparacağıq - Pezeşkian

Onlara

İran Yaxın Şərqdə genişmiqyaslı silahlı qarşıdurmada maraqlı deyil, lakin hər zaman öz təhlükəsizliyini təmin edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə deyib.

"Müharibə nə İranın, nə bölgənin, nə də dünyanın maraqlarına uyğun deyil. Heç bir ağlı başında olan insan müharibəyə başlamaq və münaqişəni alovlandırmaq istəməz. Bununla belə, biz istənilən şəraitdə təhlükəsizliyimizə qarşı yönələn istənilən addıma qarşı qəti və qətiyyətlə mübarizə aparacağıq”, - deyə o bildirib.

Seçilən
69
3
xalqcebhesi.az

9Mənbələr