AZ

Bundesliqa klubu İlon Maskı "blokladı": "Nifrət maşınıdır”

Almaniya klubu "Sankt Pauli" "Twitter" kimi tanınan "X" sosial şəbəkəsini nümayişkaranə şəkildə tərk edib.

Fanat.Az bu barədə mətbuat xidməti vasitəsilə açıqlama yayıb. 

Bundesliqa təmsilçisi buna səbəb kimi X-i “nifrət maşınına” çevirməkdə ittiham etdiyi sahibi İlon Maskın siyasətini göstərib: 

“Mask "Twitter"-i ələ keçirəndən bəri onu nifrət maşınına çevirib. İrqçilik və sui-qəsd nəzəriyyələri nəzarətsiz yayılır və hətta kurasiya olunur. Təhqir və hədələr nadir hallarda cəzalandırılır və söz azadlığı kimi qəbul edilir. 
Bundan əlavə, Donald Tramp seçkilərdə qalib gəldikdən sonra yeni hökumət departamentinin rəhbəri vəzifəsinə Maskı seçib. Ehtimal etmək olar ki, "X" Almaniyada qarşıdan gələn seçki kampaniyası zamanı manipulyasiya edərək avtoritar, misantrop və ifrat sağçı məzmunu da təbliğ edəcək”.

Solçu kimi tanınan klub sözügedən hesabında paylaşımları dayandırıb və azarkeşləri "Bluesky" sosial şəbəkəsinə keçməyə çağırıb. 

Bildirilib ki, 250 mindən çox izləyicisi olan "Sankt Pauli" "X" hesabını bundan sonra istifadə edilməyəcək, lakin son 11 ildəki bütün yazılar tarixi dəyərinə görə qalacaq.

Mirağa

Seçilən
46
fanat.az

1Mənbələr