AZ

Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlim Platforması çərçivəsində müzakirələr aparılıb (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Biznes, İnvestisiya və Xeyriyyəçilik İqlimPlatformasında iqlim dəyişikliyi ilə mübarizədə effektiv maliyyəhəlləri və biznes strategiyaları müzakirə olunub.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, COP29 çərçivəsindəCOP29 Sədrliyi, COP29-un İqlim dəyişmələri üzrə yüksək səviyyəliçempionu, İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyalarınTəşviqi Agentliyi – AZPROMO-nun təşkilatçılığı, həmçinin beynəlxalqqurumlarla tərəfdaşlıq əsasında Biznes, İnvestisiya vəXeyriyyəçilik İqlim Platforması təşkil olunub. Tədbirə 71 ölkədən1000-dən çox qeydiyyatdan keçmiş iştirakçı qatılıb.

Tədbirdə ekologiya və təbii sərvətlər naziri, COP29-unprezidenti Muxtar Babayev və iqtisadiyyat nazirinin müavini SəmədBəşirli çıxış ediblər. İqtisadi artımın, iqlim dayanıqlığınıngücləndirilməsi üçün qlobal təşəbbüslərin təşviqi və ölkəmizin buprosesdə mühüm rolu qeyd edilib. Dövlət və özəl sektor, özəlsektorla xeyriyyə təşkilatları arasında tərəfdaşlığıngücləndirilməsi sayəsində karbohidrogen resurslarından əldə olunangəlirlərin iqlim fəaliyyətinə yönləndirilməsi və ölkəiqtisadiyyatının karbonsuzlaşmasına xidmət edən yaşıl enerjilayihələri haqqında bəhs edilib.

Tədbirdə tərəfdaş qurumlar Paris İqlim Sazişinin hədəflərinəçatmaq məqsədilə inkişaf etməkdə olan ölkələrdə iqlimə dair maliyyəvə sərmayə strategiyaları barədə fikir mübadiləsi aparıblar.Həmçinin, iqlimə dayanıqlı həllərə kapital cəlbi və sənayesahələrinin karbonsuzlaşmasını sürətləndirmək üçün əsas mexanizmlərdiqqət mərkəzində olub.

Tədbir çərçivəsində 9 sessiya təşkil olunub. Sessiyalardainnovativ maliyyə həlləri, karbonsuzlaşma, inkişaf etməkdə olanölkələr üçün maliyyə axınlarının təşviqi, beynəlxalq şirkətlərindayanıqlı inkişaf öhdəlikləri, əhatəli iqlim fəaliyyətinisürətləndirən dövlət-özəl tərəfdaşlığının gücləndirilməsi vəDayanıqlı İnkişaf Məqsədlərini dəstəkləyən yeni tərəfdaşlıqlarmüzakirə edilib.

Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Biznes,
Seçilən
9
1
az.trend.az

2Mənbələr