AZ

Ramosun geri qayıtmasına qarşı çıxdılar

"Real Madrid" rəhbərliyi hazırda azad agent kimi komandasız qalan təcrübəli müdafiəçi Serxio Ramosun qayıtmasına qarşı çıxıb.

90deqiqe.Az-ın “El Chiringuito”ya istinadən məlumatına görə, 38 yaşlı ispaniyalı futbolçu "kral klubu"na qayıtmaq istəyib.

 “Real Madrid”in prezidenti Florentino Peres və icraçı direktoru Xose Anxel Sançes Ramosun Los Blankosa qayıtmasına qarşı çıxıblar.

"Real Madrid" hazırda Eder Militao, Dani Karvaxal, David Alaba və Lukas Vazquezin zədələri səbəbindən müdafiədə böyük problemlər yaşayır.

Xatırladaq ki, Serxio Ramos 2005-2021-ci illərdə Madrid klubunda çıxış edib. Təcrübəli müdafiəçi ötən mövsüm "Sevilya"nın heyətində La Liqada çıxış edib.

Seçilən
52
90deqiqe.az

1Mənbələr