AZ

Avropa Komissiyası Ukraynaya 4,1 milyard avro ayrılmasını təsdiqləyib

Bakı. Trend:

Avropa Komissiyası Ukraynaya Dəstək Avropa Fondundan Kiyevə 4,1milyard avro məbləğində makromaliyyə yardımının ikinci tranşınınayrılmasını “müsbət qiymətləndirib”.

Trend-inməlumatına görə, bu barədə Avropa Komissiyasının mətbuat xodmətibildirib.

Məlumata əsasən, bundan sonra qərar Avropa İttifaqı Şurasıtərəfindən təsdiqlənməlidir.

Avropa Komissiyası “Kiyev tərəfindən aparılan islahatların”qiymətləndirildiyi meyarların “korrupsiyaya qarşı mübarizə, biznesşəraiti, əmək bazarı qaydaları, enerji bazarı standartları və ətrafmühitin mühafizəsi” ilə bağlı olduğunu açıqlayıb.

Avropa Komissiyası qeyd edib ki, bu tranşın Ukraynaya DəstəkFondu vasitəsilə köçürülməsindən sonra Kiyev ümumilikdə 16,1milyard avro alacaq.

Seçilən
75
4
az.trend.az

6Mənbələr