AZ

“Hər kəndə bankomat qoymaq olmaz” – İqtisadçı səbəbləri AÇIQLADI

“Ağdamın işğal olunmamış əraziləri var. Orada bir dənə də olsun bankomat yoxdur. Kəndlər böyükdür, nəqliyyat əlçatan deyil. Ona görə əhali çətinliklə mərkəzə gedib bankomatdan istifadə edir”. Bunu millət vəkili Bəxtiyar Əliyev deyib.

Bəs nə üçün bölgələrdə bankomat problemi yaranır? Bu problemi necə aradan qaldırmaq olar?

NOCOMMENT.az xəbər verir ki, bu barədə iqtisadçı Fuad İbrahimov Redaktor.az-a açıqlamasında öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, bu problem digər rayonlarımızda da mövcuddur, çünki kəndlərdə nağdsız ödəniş sistemi inkişaf etməyib:

“Biz ona görə bankomat istəyirik ki, kəndlərdə mütləq şəkildə alınan müavinətlər, təqaüdlər, pensiyalar, maaşlar nağdlaşdırılır. Nağdsiz ödəniş rejimi isə demək olar ki, kəndlərimizdə yoxdur. Mağazaya gedəsən nağdsız ödəyəsən, yaxud işığı, qazı nağdsız ödəyəsən, bütün ödənişlərdə nağd puldan istifadə olunur. Misal üçün, 100 ailədən 3, 4 faizi hansısa bir elektron vasitələrdən istifadə edərək ödəniş edir. Amma yenə də kənd həyatında mütləq nağd vəsaitəyə ehtiyac var. Bu baxımdan tələb olunur. Ancaq hər kənddə bir bankomat qoymaq mümkün olan şey deyil. Birincisi, bunun inkassasiya xidməti var. Vaxtaşırı bura kimsə gəlməlidir, bankomata pul yerləşdirməlidir. Təsəvvür edin ki, 100 minlərlə qiyməti olan bankomatlar alınır, gətirilib quraşdırılır və orada ayda iki dəfə 10 nəfər 200-300 manat pul çəkir. Eyni zamanda bunun texniki xidməti də var. Bundan ötrü bankın nə qədər şəxsi heyəti ayrılmalıdır. Yəni banklara bu, birmənalı sərf etməyəcək”.

Neft bahalaşır: Azərbaycana necə təsir göstərəcək?

İqtisadçı qeyd edib ki, eyni bankı hər yerə qoymaq olmaz:

“Tutaq ki, 3-4 kəndi birləşdirib ora bir bankomat qoyulanda da, digər kəndin sakinləri deyəcək ki, ora apardılar, qoydular, ancaq gətirib bizim kəndə bankomat quraşdırmadılar. Bu da bir problemdir. Həmçinin biz eyni bankı hər yerdə quraşdıra bilmərik, müxtəlif bankların bankomatı olmalıdır. Onda da vətəndaş digər bankdan maaşın alıb və digər bankın bankomatından pulu çıxardanda, faiz çıxacaq. İstənilən halda narazılığa səbəb olur deyə çıxılmaz vəziyyət yaranır”.

Fuad İbrahimov problemin həll yolunu da təklif edib:

“Bunun əsl çıxış yolu, əlbəttə ki, sürətli nağdsiz ödəniş üsuluna keçməkdir ki, vətəndaş pulun nağd olub-olmamasının dərdini çəkməsin. Burada banklara irad tutmaq lazım deyil. Çünki hər yerə gətirib bankamat qoymaq mümkün deyil”.

Seçilən
36
1
nocomment.az

2Mənbələr