AZ

NATO Trampa görə maliyyə sistemini dəyişə bilər

NATO Donald Trampın ABŞ seçkilərində qalib gəlməsindən sonra alyansın maliyyə sistemini dəyişə bilər. 

HİT.az cəbər verir ki, hadisələrin bu cür inkişafını "Newsweek"ə müsahibəsində NATO Hərbi Komitəsinin rəhbəri admiral Rob Bauer də istisna etməyib.

"Müəyyən mənada biz ona (Tramp-red.) deyə bilərik: Xoş gəlmisiniz, cənab Prezident, bir çox üzv ölkələr sizi dinlədi, mesajı aldı və indi öz müdafiəsinə sərmayə qoyurlar", o qeyd edib

Onun sözlərinə görə, alyansa üzv dövlətlərin hər bir ölkədən NATO ehtiyacları üçün ÜDM-in 2%-ni ayırdığı sistem müttəfiqlərin ÜDM-də payı deyil, müvafiq məqsədlər üçün konkret məbləğlər xərclədiyi sistemə keçə bilər.

Bundan əvvəl NATO-nun baş katibi Mark Rütte bildirmişdi ki, alyans ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa müdafiə və xarici siyasətin təşviqində kömək edə bilər. O vurğulayıb ki, Tramp “Amerikanı birinci yerə qoyur” və ittifaqın ABŞ-ın müdafiəsi üçün vacib olduğunu başa düşür.

Samir
 

Seçilən
10
hit.az

1Mənbələr