AZ

"AzerGold CJSC" işçi axtarır - VAKANSİYA

AzerGold CJSC

Protokol xidməti / Mütəxəssis

Son tarix 14 dek 2024 - Müraciət et

Əsas vəzifə və öhdəliklər:

  • İdarə Heyətinin iştirakı ilə rəsmi və ya işgüzar qəbullarda, görüşlərdə, tədbirlərdə beynəlxalq təcrübəyə, milli adət - ənənələrə, qanunvericilik və Cəmiyyətdaxili müvafiq sənədlərə əsaslanaraq, protokol xidmətini həyata keçirmək;
  • İdarə Heyəti tərəfindən dəvət edilmiş qonaqları qarşılamaq, müşayiət etmək, xarici qonaqların ölkədə qalması ilə bağlı məsələlərdə köməklik göstərmək;
  • İdarə Heyətinin rəsmi və ya işgüzar qonaqlarına təqdim etmək məqsədilə müvafiq hədiyyələr paketinin hazırlanmasını təşkil etmək və İdarə Heyətinə təqdim olunan orden, medal, təltif, təşəkkürnamə və hədiyyələri qeydə almaq;

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Azərbaycan dili səlis, İngilis və Rus dili yaxşı səviyyədə;
  • Microsoft Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Məsuliyyət, Ünsiyyət qurma, Çeviklik, Kreativlik, Təşkilatçılıq bacarığı.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Ali təhsil;
  • Müvafiq sahədə 1-2 il iş təcrübəsi.

İş qrafiki:

  • Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.

Əmək haqqı və əlavə imtiyazlar:

  • Əmək haqqı müsahibə əsnasında təyin olunur.
  • Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
  • Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
  • Nəqliyyat xidməti.
  • Rəqabətli mükafatlandırma sistemi.
Seçilən
33
fed.az

1Mənbələr