AZ

Bu həkimlər ömürlük həbs olunmalıdır - İlon Mask

İlon Mask uşaqların cinsiyyətini dəyişdirən həkimlərə ömürlük həbs cəzası verilməsini dəstəkləyir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsindəki paylaşımı şərh edib.

Bununla İlon Mask son beş il ərzində Birləşmiş Ştatlarda ən azı 14,000 uşağın "cərrahi və ya kimyəvi kastrasiyaya" məruz qaldığı barədə məlumatı şərh edib.

Qeyd edək ki, İlon Maskın cinsiyyətini kişidən qadına dəyişən transseksual qızı, 20 yaşlı Vivian Jenna Uilson respublikaçı Donald Trampın prezident seçkilərində qalib gəlməsindən sonra ölkəni tərk etməyi planlaşdırır.

2022-ci ildə Xavier Alexander rəsmi olaraq cinsini və adını Vivian Jenna Uilson olaraq dəyişdirib. Milyarderin transseksual qızı adının dəyişdirilməsini bioloji atası ilə “hər hansı qohumluqdan” xilas olmaq istəyi ilə izah edib.

Anası Justine Uilson Vivian ilə fəxr etdiyini söyləyib.

Maskın özü uşaqlara cinsini dəyişməyə icazə verən valideynlər və həkimlər üçün ömürlük həbs cəzası təklif edib


Müəllif: Arzu
Seçilən
27
1
teleqraf.com

2Mənbələr