AZ

Bu ölkə Ukraynaya hərbi dəstəyi dayandıra bilər – SƏBƏB

  Cənubi Koreya Trampın qələbəsi səbəbindən Ukraynaya silah verməkdən imtina edə bilər.

Referans.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə Cənubi Koreya rəsmisi “Bloomberg” nəşrinə deyib.

Bildirilir ki, Cənubi Koreya prezident ABŞ-ın yeni seçilmiş prezidentinin mövqeyini nəzərə almağa məcburdur.

Trampın münaqişəni necə həll etmək istəyindən asılı olaraq, biz öz strategiyamızı dəyişə bilərik. Hökumət Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlıq üçün mümkün ssenariləri öyrənəcək və əks tədbirlər görəcək. Biz bu prosesi müttəfiqlərimiz və tərəfdaşlarımızla yaxından əlaqələndirəcəyik”, – Seuldakı Şimali Koreya Tədqiqatları Universitetinin politologiya kafedrasının professoru Kim Çenq deyib vurğulayıb.

Cənubi Koreya, Ukrayna və Amerika kəşfiyyatına görə, KXDR Rusiyaya təxminən 10 min əsgər göndərib. Xabarovsk diyarında onlara buryat və yakut qiyafəsində rus geyimləri və saxta sənədlər verilib. Sonra isə Kursk vilayətinə aparılıblar. Şimali Koreya əsgərlərinin iştirakı ilə kiçik də olsa ilk toqquşmalar artıq baş verib.  

Seçilən
53
referans.az

1Mənbələr