Türkiyənin Radio və Televiziya Üst Şurasının (RTÜK) sədri Əbubəkir Şahin, gündüz yayımlanan proqramlara ərizə və şikayətlər əsasında ümumilikdə 518 cəza kəsdiklırini deyib.
Redaktor.az xəbər verir ki, RTÜK sədri Şahin Qadın və Kişi Bərabər İmkanlar Komissiyasında millət vəkillərini məlumatlandırıb və onların suallarını cavablandırıb.
Bəzi millət vəkillərinin “müxalifət kanallarına həddən artıq cəza verilir” kimi tənqidləri üzərinə Şahin “müxalifət” adlandırılmasının əleyhinə olduqlarını, qanunlara və prinsiplərə uyğun gəlməyən kanallar kimi təsnif etdiklərini bildirib.
Şahin deyib: "Son 5 ildə 8 min 767 hesabat hazırlanıb, bu hesabatların 242-si sizin 'müxalifət' dediyiniz, kriteriyalara az əhəmiyyət verən qruplardandır. Qavrayış fərqlidir".
Seymur BƏNNAYEV