Xəbər verdiyimiz kimi, Aşıq Namiq Fərhadoğluna ağır itki üz verib.
"Ölkə.az" xəbər verir ki, aşıq atasının ölümündə onu əməliyyat edən həkimləri günahlandırıb. Bu barədə o, "Tarixin bir günü" verilişində danışıb:
"Həkim səhlənkarılığından atamı məhv etdilər. 68 yaşı var idi. Əməliyyatda nə etdilərsə, hər gün yuxudan duranda deyirdi ki, "Məni həkim məhv etdi. 15 ildir ödümdə daşla gəzirdim, indidən sonra 10 il də gəzərdim". Bakıda yoxlanmışdı, demişdilər ki, lal daşdır, əməliyyata ehtiyac yoxdur. Şəmkirdə isə anamı yoxlatmağa gedəndə özü də müayinə olunub. Deyiblər ki, təcili əməliyyat lazımdır. Atama demişdim ki. gəl Bakıda əməliyyat etdirək, klinikalarda dostlarımız çoxdur. Dedi ki, getmirəm, narahat olma. İki saat sonra anama zəng etdim, cavab verdi və dedi ki, 2 saatdır əməliyyatdadır. Həkimlə danışdım, soruşdum ki, yarımsaatlıq əməliyyatdır. Bu niyə iki saat davam edib. Dörd gün sonra isə anamı əməliyyat etdilər. Şəmkir Dövlət Xəstəxanasında əməliyyat olunmuşdu. Ötən gün hər ikisini evə buraxdılar. Atamla səhər danışanda deyirdi ki, nəfəs ala bilmirəm. Ağciyərimi ya da ki, mədəaltı vəzimi zədələyiblər. Atamı məhv etdilər. Özümü bağışlaya bilmirəm".(axşam.az)