AZ

Rusiya Yeni ilə qədər Ukraynanın bu şəhərini ələ keçirə bilər - Hərbi jurnalist

Rusiya Silahlı Qüvvələri Ukraynanın Kuraxovo şəhərini Yeni ilə qədər ala bilər

Qaziler.az-ın məlumatına görə, “Komsomolskaya Pravda”nın xüsusi müxbiri və İnsan Haqları Şurasının üzvü Aleksandr Kots NEWS.ru-ya bildirib ki, Rusiya ordusunun Donbasdakı Kuraxovo şəhərini Yeni ilə qədər nəzarətə götürmək üçün hər cür imkanı var. O, Rusiya Silahlı Qüvvələrinin bu yaşayış məntəqəsinə üç tərəfdən hücumuna diqqət çəkib.

"Bu istiqamətdə düşmən üçün gözlənilməz bir taktika hazırlanmışdır - Rusiya Silahlı Qüvvələri qərb tərəfdən, yəni düşmənin arxası ilə daxil olur. Həm Uqledarı, həm də Selidovonu belə götürdülər. İndi eyni ssenari təkrarlanır”, - Kots qeyd edib.

Hərbi müxbirin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin demək olar ki, bütün Cənubi Donetsk qrupu Kuraxovo ətrafında böyük pusquya düşə bilər.

QAZİLER.AZ

 

Seçilən
60
qaziler.az

1Mənbələr