AZ

"İranın nüvə obyektlərinə hücumlar yolverilməzdir" - MAQATE rəhbəri

"İranın nüvə obyektlərinə istənilən müdaxilə xarakterli qətnamə dərhal əkstədbirlərlə qarşılanacaq..."
 
MAQATE rəhbəri Tehrana səfərə gəlib
 
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) baş direktoru Rafael Qrossi İranın nüvə obyektlərində təftiş rejiminin yaxşılaşdırılması məqsədilə Tehrana gəlib.
 
Moderator.az xəbər verir ki, bu barədə İRNA informasiya agentliyi məlumat yayıb.
 
Məlumatda deyilir ki, bu gün Qrossi İranın energetika proqramına baxışları razılaşdırmaq üçün ölkənin XİN rəhbəri Abbas Araqçı ilə görüşüb.
 
Səfərin gedişində Qrossi həmçinin İran prezidenti Məsud Pezeşkian, habelə İranın Atom Enerjisi üzrə Təşkilatının rəhbəri Məhəmməd İslami ilə görüşüb.
 
"Tehrana səfəri ərəfəsində MAQATE rəhbəri bəyan edib ki, Agentliyin müfəttişlərində İranın nüvə bombası yaratdığının sübutları yoxdur. O, həmçinin onun İran İslam Respublikasına indiki səfəri gedişində İranın rəsmi şəxslərilə həll edilməyən zəmanətlər məsələləri üzrə tərəqqi əldə ediləcəyinə ümud etdiyini ifadə edib", - məlumatda deyilir.
 
"Hazırkı məqamda birgə fəaliyyətin vəziyyəti yaxşılaşdıracağını sübut edən hər-hansı konkret, hiss edilən, nəzərə çarpan, geniş mənada bizi münaqişədən, nəticə etibarilə müharibədən yayındıran nəticələrə nail olmaq zəruridir", - bunu Qrossi mətbuat konfransında deyib.
 
O, vurğulayıb ki, İranın nüvə obyektləri hücuma məruz qalmamalıdır. "Bu obyektlər tez-tez 2024-cü ildə İran və İsrail arasında atışmalar zamanı hədəfə çevrilib, İsrailin İrana sonuncu hücumunun isə İranın nüvə proqramını nəzəri cəhətdən müdafiə edə biləcək HHM sistemlərinə yönəldiyi güman edilir", - Qrossi qeyd edib.
 
Qərb dəfələrlə İranı dinc nüvə proqramı adı altında nüvə silahını yaratmaqda ittiham edib. Sentyabrın sonunda KİV-lərdə belə məlumat yayılıb ki, Tehranı müdafiə edən dörd HHM batareyaları, nüvə və energetika obyektləri İsrail Hərbi-Hava Qüvvələrinin zərbəsinə məruz qalıb. 
 
Noyabrın 11-də İsrailin yeni müdafiə naziri İsrael Kats İsrail Müdafiə Ordusunun Baş Qərargahı ilə ilk müşavirə keçirib. Nazir qeyd edib ki, İsrailin "gözqamaşdırıcı" zərbələrindən sonra İranın nüvə obyektləri heç vaxt olmadığı qədər həssasdır.
 
İran iddia edir ki, nüvə obyektləri istisnasız olaraq dinc mülki energetika proqramıdır. Araqçı bununla bağlı bəyan edib ki, ölkəsi təzyiq və qorxudulma altında olarkən danışıqlara hələ hazır deyil.
 
İranın nüvə proqramının rəhbəri Məhəmməd İslami Qrossi ilə birlikdə çıxış edərkən xəbərdarlıq edib: "İran İslam Respublikasının nüvə işlərinə istənilən müdaxilə xarakterli qətmanə mütləq və dərhal əkstədbirlərlə qarşılanacaq".
Seçilən
87
50
moderator.az

10Mənbələr