AZ

Klubdakı həkimin yoxa çıxmasının səbəbi bilindi

Azərbaycan kubokunun II təsnifat mərhələsində baş tutan “Dinamo” – “Səbail” oyununda nominal meydan sahiblərinin matça həkimsiz gəldiyini xəbər vermişdik.

İkinci hissədə yaşanan epizodların birində “Dinamo”nun futbolçusu Nicat Əsgərov zədələnib yerdə qalanda, ona “Səbail”in sağlıq keşikçisi yardım etmək məcburiyyətində qalmışdı.

Yaranmış çətinliklə bağlı Sportinfo.az-a açıqlama verən “Dinamo”nun İdarə Heyətinin sədri Yaşar Seyidov diqqətimizi çəkən məqama aydınlıq gətirib:

“Dinamo” - “Səbail” oynuna həkim gətirməməyimizə klubun həkiminin millinin toplanışına qatılması səbəb olmuşdu.

Qarşılaşmadan əvvəl “Səbail” klubu ilə əvvəldən razılıq olmuşdu ki, bizim həkim Qəbələyə U-17 milliləri ilə təlim-məşq toplanışına devet olunduğundan, oyunda iştirak edə bilməyəcək”.

Dekabrın 29-da “ASCO Arena”da baş tutan dueldə “Səbail” “Dinamo”nu 6:0 hesabı ilə məğlub edib.

HƏBİB

Seçilən
60
sportinfo.az

1Mənbələr