AZ

Mbappeyə dəstək verdilər

Kilian Mbappenin durumu Fransada müzakirə mövzusu olmaqda davam edir. Xatırladaq ki, ''Real''da adaptasiya ilə bağlı problem yaşayan və heç də asan günlər keçirməyən 26 yaşlı futbolçu baş məşqçi Didye Deşamın sürpriz qərarı ilə bu ay yığmaya dəvət almadı.

Fransa yığmasının heyətində Avropa Çempionu olmuş ''Arsenal''ın sabiq üzvü Rober Pires bu mövzuya toxunaraq bunları deyib:

''Mbappe ilə Deşam arasında ciddi bir problemin olduğunu düşünmürəm. Sadəcə Deşam onun son dönəmdə həmişəki performansı göstərə bilmədiyini nəzərə alaraq yığmaya çağırmadı. Mbappe yığma üçün önəmli fiqurdu və bundan sonra da belə qalacaq. Ona bir müddət istirahət fürsəti verilməsində bir problem və ya böhran görmürəm''.


Hazırda karyerasını PAOK-da davam etdirən təcrübəli fransalı yarımmüdafiəçi Timoye Bakayoko da Mbappeyə dəstək verib:

''İnsanlar bəzi şeyləri çox tez unudur. Mbappenin nələr etdiyini xatırlamaq üçün çox da əvvəlki illərə dönməyə ehtiyac yoxdu. Yaxın keçmişdə o, çox böyük işlər görüb. Bu üzdən onu bu dərəcədə tənqid etmək düzgün deyil. Mbappe həm Fransa, həm PSJ, həm də ''Monako'' üçün çox şey edib''.


ƏLİ
Seçilən
49
football-plus.az

1Mənbələr