AZ

Lavrov beynəlxalq forumda iştirak üçün bu ölkəyə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov sülh və təhlükəsizlik məsələlərinə həsr olunmuş "Ser Bani Yas" beynəlxalq forumunda iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə gedib.

Teleqraf.com yerli mətbuata istinadən xəbər bverir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tədbirin açılış mərasimi noyabrın 15-nə planlaşdırılıb. Görüşün mətbuata çıxış olmadan bağlı qapılar arxasında keçiriləcəyi gözlənilir.Lavrovun bu foruma ilk dəfə 2022-ci ilin noyabrında qatıldığı bildirilir.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Ser Bani Yas müxtəlif ölkələrin tanınmış siyasətçiləri, analitikləri və ekspertlərinin, o cümlədən qlobal Cənub və Şərqin nümayəndələrinin iştirakı ilə mühüm beynəlxalq məsələlərin müzakirə olunduğu nüfuzlu dialoq platformasıdır.


Müəllif: Arzu
Seçilən
50
teleqraf.com

1Mənbələr