AZ

Mask uşaqların cinsiyyətini dəyişdirən həkimlərin həbs cəzasını dəstəklədi

Amerikalı milyarder və iş adamı İlon Mask uşaqların cinsiyyətinin dəyişdirilməsi əməliyyatı edən həkimlərin ömürlük həbsi ideyasını dəstəkləyib. 

 

Sfera.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb .

 

Mask uşaqların cinsiyyətini dəyişdirən həkimlərə ömürlük həbs cəzası tələb edən yazıya "Bəli, razıyam" cavabını verib.

 

Sentyabrın 7-də Mask bildirib ki, o, cinsiyyətin yanlış təyin edilməsinə görə həbs cəzasını dəlilik hesab edir.

 

Avqustun 24-də Mask Amerika polisinin azyaşlı qızı valideynlərindən almaq cəhdlərindən danışıb. Sahibkarın dediyinə görə, biznesmenin tanışları olan valideynlə övladlarının cinsini dəyişmək qərarı ilə razılaşmayıblar. O əlavə edib ki, dostu qızı özləri ilə aparmağa çalışan təhlükəsizlik qüvvələrinin nümayəndələrini sonda razı sala bilib.

 

İnci

Seçilən
51
33
sfera.az

10Mənbələr