Afrika İnkişaf Bankı (AİB) Nigerə 875 milyon dollar sərmayə qoyacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu təkcə ölkəni böhrandan çıxarmaq üçün deyil, həm də əsas xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və iqtisadiyyatın dayanıqlığının artırılması üçün istifadə olunacaq.
Vəsaitlərin ayrıldığı prioritet sahələr gənclər üçün sahibkarlıq layihələri, Zinder və Mirriyah şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri, Nigerin cənub sərhədinə doğru nəqliyyat dəhlizinin inkişafıdır.
Bundan əlavə, AİB-in pulu kənd təsərrüfatı sektorunda, xüsusən də suvarma və heyvandarlıq sahələrində layihələrin dəstəklənməsi üçün istifadə olunacaq.